• 19 Yanvar 2021
logo
Şervin Nəcəfpurun  Norveç qəzetində müsahibəsi dərc olunub

Şervin Nəcəfpurun  Norveç qəzetində müsahibəsi dərc olunub

"Jurnalen": "Norveç mediasının Qarabağ məsələsində birtərəfli davranması son dərəcə utancvericidir"

Norveçdə fəaliyyət göstərən CAN təşkilatının sədri Şervin Nəcəfpurun yerli “Jurnalen" adlı onlayn qəzetdə müsahibəsi dərc olunub. O, müsahibəsində deyib ki, Norveç mediasının Qarabağ məsələsində birtərəfli davranması son dərəcə utancvericidir. "Norveç mətbuatı üçün böyük utanc" başlıqlı müsahibədə bildirilib ki, Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü ilə keçirilən aksiyaya azərbaycanlılarla yanaşı, Türkiyənin Norveçdəki səfiri Fazıl Çorman, habelə türk, Pakistan, Somali, çeçen və yəhudi diasporunun üzvləri də qatılmışdır.
Şervin Nəcəfpur müsahibəsində Norveç mediasını qeyri-obyektivliyinə görə kəskin tənqid edib və bununla NRK-nın Dağlıq Qarabağdakı münaqişə haqqında yazdığı məqaləyə işarə edir. Məqalədə suriyalı üsyançı əsgərlərin Türkiyə naminə Azərbaycan üçün Ermənistana qarşı vuruşduqlarını yazırlar. Və Norveç dövlət kanalında geniş video yayımlanıb bu barədə. Bir çox Norveçdə yaşayan azərbaycanlı buna etiraz edərək, bildiriblər ki, Azərbaycan hakimiyyəti və ABŞ-da bir siyasi araşdırma mərkəzi bunun qeyri-real olduğunu dəfələrlə deyib. Şervin isə NRK ilə əlaqə qurmağa çalışıb və üzr istəmələrini tələb edib, lakin cavab ala bilməyib.
Şervin Nəcəfpur hökumət və Milli Məclislə faydalı əməkdaşlığa ümid etdiyini və yerli rəsmilərlə görüşlərin olduğunu vurğulayıb.