• 25 Noyabr 2020
logo
Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.