• 29 Mart 2024
logo
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib. E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı. E.Hacıyev Trend-ə açıqlamasında məlumatı təsdiqləyib.