• 19 Mart 2024
logo
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı

Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı

Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar rayon İcra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.