• 26 Noyabr 2020
logo
Bakıda icra hakimiyyətinin əməkdaşı iş vaxtı öldü

Bakıda icra hakimiyyətinin əməkdaşı iş vaxtı öldü

Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.
Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.