• 27 İyul 2024
logo
Qəbələdə ev yanıb

Qəbələdə ev yanıb

Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 26 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.