• 26 Noyabr 2020
logo
Qaradağda doqquzmərtəbəli binada yanğın olub

Qaradağda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.