• 28 Mart 2024
logo
BNA: Hava limanı şossesində iki yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq müşahidə olunur

BNA: Hava limanı şossesində iki yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq müşahidə olunur

Hava limanı şossesində bir-birinin ardınca iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər qəza da hava limanı istiqamətində olub. "Baku Expo mərkəzi" yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Qəza səbəbindən də sıxlıq müşahidə olunur.