• 6 Dekabr 2020
logo
Qusarda yol qəzası zamanı xəsarət alan 5 nəfərdən 1-i öldü

Qusarda yol qəzası zamanı xəsarət alan 5 nəfərdən 1-i öldü

Qusarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ölüb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yaralı 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılar - 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Minə Qurbanova qapalı kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların müalicələri davam etdirilir.