• 2 Dekabr 2020
logo
Bakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Bakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülən 4 ədəd sellofanın içərisində gizlədilib 1,764 qram “Metamfetamin”, 7,043 qram “Marixuana və 1,632 qram “Heroin” aşkar edilib.