• 27 Noyabr 2020
logo
Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlandı

Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi "BMW 528" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Körpü" gömrük postunda şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı xidməti itin reaksiyası nəticəsində maşının salonunda - arxa oturacağın arxasında gizlədilən "King" markalı 3600 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.