• 13 Fevral 2025
logo
Yeni dərs ilinin əvvəlində 43 yeni məktəb binası istifadəyə veriləcək

Yeni dərs ilinin əvvəlində 43 yeni məktəb binası istifadəyə veriləcək

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yeri olan 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.