• 13 Fevral 2025
logo
Baş Prokurorluq: Ağdamın atəşə tutulması nəticəsində daha bir nəfər xəsarət alıb

Baş Prokurorluq: Ağdamın atəşə tutulması nəticəsində daha bir nəfər xəsarət alıb

Xəbər verildiyi kimi, noyabrın 8-də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluqdan bildirilib ki, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.