• 6 Oktyabr 2024
logo
Lənkərandakı qəzada yaralanan ağır xəstə Bakıya gətirildi

Lənkərandakı qəzada yaralanan ağır xəstə Bakıya gətirildi

Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alan 42 yaşlı qadın sanaviasiya ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən qadın dərhal əməliyyat olunub. Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 4 nəfər xəstənin müalicəsi davam edir. Yaralıların vəziyyəti orta ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.