• 19 Aprel 2024
logo
Biləsuvarda “Hyundai” aşdı, ölən və xəsarət alanlar var

Biləsuvarda “Hyundai” aşdı, ölən və xəsarət alanlar var

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 18-də saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölüb, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.