Məşhur İtaliya aktyoru Cici Proyetti vəfat edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 80 yaşlı aktyor Roma klinikalarının birində vəfat edib.
Proyetti komediya filmlərində rolları ilə yanaşı tele-proqram aparıcısı kimi də məşhurlaşıb. O, Mario Moniçelli, Tinto Brass, Pupi Avatı və başqaları ilə əməkdaşlıq edib.