• 19 Mart 2024
logo
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub

Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub

Ağcabədinin İmamqulubəyli kənd icra nümayəndəsi Hamlet Ağayevin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, kəndə düşən mərmilər 2 fərdi evdə dağıntılara səbəb olub. Sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan dəyib. Kənd məzarlığına düşən top mərmiləri məzarüstü qəbir daşlarını dağılıb. Eyni zamanda yerli sakinlərə məxsus mal-qara tələf olub.

Ermənilər səhər saat 00:05 radələrindən başlayaraq Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Yerli sakinlərin verdiyi xəbərə görə, mərmilərdən bir neçəsi rayonun Xındırıstan kəndində yaşayış evlərinə və Mexaniki Suvarma Sistemləri İdarəsinə düşüb. Sakinlər arasında xəsarət alan olmasa da, yerli sakinlərə maddi ziyan dəyib.