• 25 Aprel 2024
logo
Ermənilərin artilleriya atəşi nəticəsində Göygöldə meşədə baş verən yanğın söndürülüb

Ermənilərin artilleriya atəşi nəticəsində Göygöldə meşədə baş verən yanğın söndürülüb

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

APA-nın FHN-ə istinadən məlumatına görə, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin səyi nəticəsində ərazinin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə imkan verilməyib.