• 19 Aprel 2024
logo
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı

Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı

Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz.

Bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib. Onun sözlərinə görə, hadisə baş verəndən yarım saat sonra hər şey öz axarında davam etdi:
“Hazırda insanların əhval-ruhiyyəsi çox yüksəkdir. Belə şeylər bizi qorxuda bilməz. Biz qələbəyə və Orduya inanırıq. Hər kəs bilməlidir ki, biz arxa cəbhədəki əsgərlərik və hazırda hər şey yaxşıdır. Düşmən düşünməsin ki, bu cür şeylərlə bizi qorxuda bilər, əksinə bizim onlara nifrətimiz daha da artır".