• 23 Mart 2025
logo
Göygöldə avtomobilin vurduğu Gəncə sakini xəstəxanada öldü

Göygöldə avtomobilin vurduğu Gəncə sakini xəstəxanada öldü

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.