• 28 Mart 2024
logo
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib

Əməkdar rəssam Faiq Abdullayev vəfat edib

Əməkdar rəssam Faiq Abdullayev 75 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1969-1976-cı illərdə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbində sənaye incəsənəti ixtisası üzrə təhsil alıb.

Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adını alıb.

Allah rəhmət eləsin!