• 1 Dekabr 2020
logo
MN: Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması barədə xəbərlər yalandır

MN: Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması barədə xəbərlər yalandır

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.