• 25 Aprel 2024
logo
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb

Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb

Ermənistan hökuməti oktyabrın 28-də Dağlıq Qarabağ münaqişəsində ölən hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

Erməni KİV-lərinin məlumatına görə, bugünkü siyahıda 59 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 1 068 nəfərə çatıb.

Bir çox ekspertİN rəyinə əsasən, Dağlıq Qarabağda zərərsizləşdirilmiş erməni hərbçilərinin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.