Masallıda evdən 4 min manatlıq qızıl əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov saxlanılıb.