• 29 Mart 2024
logo
Ermənistan iqtisadiyyatı IV rübdə əlavə 1 mlrd. dollar itirə bilər

Ermənistan iqtisadiyyatı IV rübdə əlavə 1 mlrd. dollar itirə bilər

Ermənistanın işçi qüvvəsinin 210 min nəfəri dövriyyədən ayrılaraq hərbi səfərbərliyə cəlb edilib ki, bu da Ermənistan iqtisadiyyatı üçün ilin sonuncu rübündə 1 mlrd. ABŞ dollar həcmində əlavə itki deməkdir.

Bunu mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu, onu göstərir ki, Ermənistan bu resurs müharibəsində uduzur.

"Sadəcə onun uduzmasını istəməyən tərəflər Ermənistanı qanunsuz yolla silahlandırır. Bizim hesablamalar onu göstərir ki, bu gün Ermənistanın təkcə hərbi texnika və sursat nöqteyi-nəzərdən itkiləri bir daha onu sübut edir ki, Ermənistan bu kvotalardan dəfələrlə artıq hərbi texnika və sursata malik olub. Bu isə, Avropa konvensiyanın şərtlərinin kobud şəkildə pozulması deməkdir", - deyə V. Qasımlı qeyd edib.