• 23 Aprel 2024
logo
Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub

Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu gecə Tərtərin Düyərli kəndini raket atəşinə tutub.

“SMERÇ” tipli sistemdən atılan raket kənd sakini Əvəz Həsənovun həyətinə düşüb, xoşbəxtlikdən partlamayıb.