• 19 Mart 2024
logo
Azərbaycan əsgəri ailəsinə məktub yazıb: "Belə tarixi döyüşün iştirakçısı olduğum üçün şərəf hissi keçirirəm"

Azərbaycan əsgəri ailəsinə məktub yazıb: "Belə tarixi döyüşün iştirakçısı olduğum üçün şərəf hissi keçirirəm"

Azərbaycan əsgəri ailəsinə məktub ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi video yayıb.

Məktubda deyilir:

“Salam, ata. Məndən narahat olma. Burada hər şey yaxşıdır. Əsgər yoldaşlarım ilə birlikdə düşmənə qan uddururuq. İşğalda olan torpaqlarımızı azad edərək irəliləyirik. Düşmən qarşımızda dayana bilmir. Onların çoxlu döyüş texnikalarını, canlı qüvvəsini məhv etmişik və məhv etməkdə davam edirik. Əks-hücum əməliyyatımız başlayandan bizim də bölüyümüz çöl şəraitindədir. Artıq hərbi hissədə yox, işğaldan azad olunan torpaqlarımızdayıq. Öz təminatımızın əla olmasına baxmayaraq, xalqımız sağ olsun, bizə isti paltar və isti yeməklər göndərirlər. Sən də burada olsaydın, ordumuzun gücünü görüb, qürurlanardın. Müasir döyüş texnikalarımızın qarşısında düşmən çox acizdir. Burada əsgər yoldaşlarımla dost və qardaş olmuşuq. Komandirlərimiz də bizə əsl böyük qardaş münasibəti göstərirlər. Hər bir problemimizi yerində həll edirlər. Məktubu yazdığım an komandir gəldi və məni qucaqlayaraq sizə salamını çatdırdı. Hər gün işğalda olan kəndlərin azad olunduğunu eşidəndə mən və əsgər yoldaşlarımla fəxr edirsən. İnşallah, bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Bundan sonra daha da qürurlanacaqsan. Mən hərbi xidmətdə olduğum müddətdə belə bir tarixi döyüşün iştirakçısı olduğum üçün şərəf hissi keçirirəm. Hamıya salamlarımı çatdır. Bağrıma basıram hamınızı. Ali Baş Komandan dediyi kimi, Qarabağ Azərbaycandır!”.