• 3 Dekabr 2020
logo
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB

İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB

Hazırda bizim COVİD-19 xəstələri üçün çarpayı fondu baxımından heç bir problemimiz yoxdur.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, stasionar müalicə alan xəstəyə hər bir həkim qulluq edə bilər.

Bu təcrübənin bütün dünyada olduğunu deyən Y.Qarayeva əlavə edib ki, başqa bir ixtisasdan olan həkimlər yüngül treninq keçməklə stasionar müalicə olunan xəstəni nəzarətdə saxlaya bilirlər:

“Amma reanimasiyaya düşən xəstəyə yalnız mütəxəssis - həkim-reanimatoloq baxa bilər. Qeyri-ixtisas həkimlərini qısa müddətdə öyrədib onu süni tənəffüs aparatının başına qoymaq mümkün deyil. Bu, illərlə qazanılan bir təcrübədir. Ona görə də bunları nəzərə almaq lazımdır”.