• 24 Aprel 2024
logo
İnsan alveri ilə məşğul olan qadın həbs olundu

İnsan alveri ilə məşğul olan qadın həbs olundu

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan qadını həb edib.

KANAL 5-in əldə etdiyi məlumata görə Bərdə rayon sakini Abdullayeva Təranə Qurban qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Yolova şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqa Hacıyevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Təranə Abdullayeva Cinayət Məcəlləsinin 144-1.1, 144-1.2.1, və 144-1.2.2-ci (insan alveri) maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.