• 28 Mart 2025
logo
Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı

Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı

Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib.
Rayonun Keçili kənd sakini, 1995-ci il təvəllüdlü Oruclu Ayxan Azər oğlu 1988-ci il təvəllüdlü İsgəndərov Emil İmmaverdi oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə A.Oruclu E.İsgəndərova iki bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.