• 27 Mart 2025
logo
Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı

Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı

Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər.
Belə ki, Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st. istiqamətində) yanacaqdaşıyan avtomobildə texniki nasazlıq yaranıb.
Bu səbəbdən də Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.