• 28 Mart 2025
logo
Kürdəxanıda iki maşın toqquşdu, ölən var

Kürdəxanıda iki maşın toqquşdu, ölən var

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.