• 23 Mart 2025
logo
Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.