• 27 İyul 2024
logo
İH: Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb

İH: Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb

Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı vaxtında alınıb.
Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində lazımi işlər görülür:
"Ötən gecə baş vermiş hadisə ilə əlaqədar əraziyə aidiyyəti üzrə qurumlar, xüsusən də "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. Operativ olaraq qəza yerinə baxış keçirilib və qısa zamanda su axıntısının qarşısı alınıb. Problemin səbəbinin öyrənilməsi və həlli "Azərsu" ASC-nin həyəti tərəfindən həyata keçiriləcək".
Qeyd edək ki, ötən gecə Xətai rayonu, Babək prospektində içməli su borusu partlayıb. Nəticədə axan su yola və ətrafa dağılıb.