• 22 Oktyabr 2024
logo
Nazir müavini: "Gəncəyə hücumlar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi üçün FHN-in xüsusi komissiyası işləyir"

Nazir müavini: "Gəncəyə hücumlar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi üçün FHN-in xüsusi komissiyası işləyir"

“Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin həkim-psixoloq briqadası Gəncə şəhərinə ezam edilib”.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov bildirib.

Onun sözlərinə görə, paralel olaraq, Gəncə şəhərinə hücumlar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə FHN-in xüsusi komissiyası işləyir: “Yerli icra hakimiyyəti orqanları ilə birlikdə binalarda yaşayan əhalinin siyahısı dəqiqləşdirilib. Dağıntılar altında insanların qalmadığına əmin olunub”.