• 20 Aprel 2021
logo
"Azəriqaz": Ermənistandan Gəncəyə atılan raketin zərbəsi nəticəsində 200 abonentdən 30-nun yaşayış ünvanı artıq yoxdur

"Azəriqaz": Ermənistandan Gəncəyə atılan raketin zərbəsi nəticəsində 200 abonentdən 30-nun yaşayış ünvanı artıq yoxdur

Oktyabrın 11-də Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raketin zərbəsi nəticəsində 30 abonentin yaşayış ünvanı artıq yoxdur.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.

Qeyd olunub ki, Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində 11 oktyabr tarixində saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb. 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb.

200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur. 170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.