• 23 Aprel 2021
logo
Dünyada koronavirusa yoluxanların sayı 36 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 36 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 36 milyon nəfəri ötüb.

Bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometer" portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 36 023 475 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 053 837 nəfər vəfat edib, 27,1 milyon nəfər isə sağalıb.