• 22 Oktyabr 2024
logo
"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Telegram"ın işində texniki qüsurlar əsasən Rusiya, Belarus, Ukrayna, İtaliya, Almaniya və Niderlandda müşahidə edilib.

İstifadəçilərin təxminən 68 faizi serverə qoşula, 28 faizi ismarıc göndərə bilməməkdən şikayət edib, 3 faizi isə mesencerə daxil olmaqda çətinliklə üzləşib.