• 22 Oktyabr 2024
logo
A seriyasının prezidenti koronavirusa yoluxub

A seriyasının prezidenti koronavirusa yoluxub

İtaliya A seriyasının prezidenti Paolo Dal Pino koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Dal Pino evdə təcrid olunub və həkim müayinəsinə başlanılıb. Maraqlıdır ki, A seriyasının rəhbəri oktyabrın 5-də ölkənin idman naziri Vinçentso Spadaforo ilə görüşüb.

Qeyd edək ki, bir müddət əvvəl “Napoli” klubunun prezidenti Aurelio De Laurentis koronavirusa yoluxmuşdu.