• 22 Aprel 2021
logo
"Al Market" Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat köçürüb

"Al Market" Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat köçürüb

Vətənimizin işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarını davam etdirən ordumuza dəstək məqsədilə “Al Market” mağazalar şəbəkəsi Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat ianə edib.

Ölkə başçısının qismən səfərbərlik barədə Sərəncamı ilə artıq adıçəkilən marketlər şəbəkəsinin 197 nəfər əməkdaşı rəşadətli Azərbaycan ordusunun sıralarına qoşulub. “Al Market” marketlər şəbəkəsi Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağından və üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağı günün uzaq olmadığından əminliyini ifadə edir.

Qələbə bizimlədir! Qarabağ – Azərbaycandır!