• 18 May 2025
logo
Ermənilər uşaq bağçasına zərbələr endirib

Ermənilər uşaq bağçasına zərbələr endirib

Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir.

Bu dəfə Ermənistan hərbi qulluqçuları Tərtər şəhəri Şıraxarx qəsəbəsində yerləşən uşaq bağçasına zərbələr endiriblər.

Sözügedən qəsəbə məcburi köçkünlərin məskunlaşdığı ərazidir. Hadisə qəsəbədə yaşayan sakin tərəfindən lentə alınıb.

Həmin görüntüləri təqdim edirik.