• 27 İyul 2024
logo
FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb

FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.