• 26 Aprel 2024
logo
Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib

Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib

Goranboy rayonunun Topdan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.