• 20 Sentyabr 2019
logo
add image
Abşeronda minik maşını yük maşınına çırpılıb - 1 ölü

Abşeronda minik maşını yük maşınına çırpılıb - 1 ölü

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.