• 24 Aprel 2024
logo
İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb. Trend-in məlumatına görə, cəsədi sahildə balıq tutan balıqçılar aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat veriblər. Məlumata əsasən, R.Nəcəfovun cəsədi İzmir morquna aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.