• 27 May 2020
logo
Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək

Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək

Ölkə ərazisində bu gün gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 30-35, Bakıda 31-33 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
Rayonlarda avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu aranda 32-37, dağlarda 21-26 dərəcə isti təşkil edəcək.