• 26 Aprel 2024
logo
Qusarda hoteldən oğurluq etdi, tutuldu

Qusarda hoteldən oğurluq etdi, tutuldu

Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılmışdır.