• 28 Mart 2025
logo
Avtobusda bəyan edilməyən ehtiyat hissələri aşkarlandı

Avtobusda bəyan edilməyən ehtiyat hissələri aşkarlandı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtobusa gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin saxlanması üçün nəzərdə tutulan hissəsində gömrük orqanına əvvəlcədən bəyan edilməyən 30 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.