• 26 Aprel 2024
logo
Qazaxıstanın daha 13 vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb

Qazaxıstanın daha 13 vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb

Bu gün 33 Azərbaycan və 13 Qazaxıstan vətəndaşı Qazaxıstana yola salınıb.

Bakı Limanından verilən məlumata görə, COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 33 Azərbaycan və 13 Qazaxıstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə, 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.