• 18 Aprel 2024
logo
İtaliyada futbol hakimi öldürülüb

İtaliyada futbol hakimi öldürülüb

İtaliyanın cənubundakı Leççe şəhərində futbol hakimi Daniele de Santis sevgilisi ilə birlikdə evində ölü tapılıb.

Trend-in məlumatına görə, hər iki şəxs bıçaq zərbələri ilə öldürülüb.

Qonşuların polisə verdiyi ifadəyə əsasən, onlar qurbanların qışqırıq səslərini eşidib, daha sonra naməlum şəxsin binanı tərk etdiyini görüblər.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb. Cinayətkarın axtarışları aparılır.

Daniele de Santis 2017-ci ildən İtaliya B seriyasında 130 matçı idarə edib.